“Qalatasaray” Keremi onunla əvəzləyir
07.08.2024 , 22:45
Kerem Aktürkoğlu ilə yollarını ayırmağa hazırlaşan “Qalatasaray” sürpriz adı gündəminə gətirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Latsio”dan Qustav İsakseni heyətinə qatmaq istəyir.
Rusiya təmsilçisi “Spartak Moskva” Kerem üçün rəsmi təklif göndərib.
Tərəflər razılığa gəlsə, “Qalatasaray” onu İsaksenlə əvəzləyəcək.
“Latsio”nun “Midtyulland”dan 12 milyon avroya transfer etdiyi 23 yaşlı danimarkalı futbolçu 37 matçda meydana çıxıb. O, bu matçlarda 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mina Musayeva