“Qalatasaray” İv Bissumanı mövsüm sonunda transfer edəcək
12.11.2025 , 14:45
“Qalatasaray” “Tottenhem”in yarımmüdafiəçisi İv Bissumanı mövsüm sonunda heyətinə qatmaq istəyir.
Korner.az xəbər verir ki, 28 yaşlı Malili futbolçu, mövsümün sonunda azad agent statusu qazanacaq və İngiltərə klubunda qalmaq niyyətində deyil.
Bissuma karyerasına Bamako, Lill və Brayton klublarında başlayıb, 2022-ci ildən isə “Tottenhem”də oynayır.