“Qalatasaray” İtaliya klubundan futbolçu gətirir
09.07.2024 , 10:55

Yeni mövsümə hazırlaşan “Qalatasaray” heyətini gücləndirməkdə davam edir.
Korner.az xəbər verir ki, Super Liqa klubu bu dəfə transfer gündəminə “Udineze”dən Samardziçi gətirib.
İstanbul nəhənginin yaxın zamanda futbolçu üçün rəsmi təklif göndərəcəyi gözlənilir.
Türkiyə mətbuatı yazır ki, “Udineze” bu keçid üçün “Qalatasaray”dan 20 milyon avro tələb edir.
İtaliya klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan 22 yaşlı futbolçunun hazırkı bazar dəyəri 20 milyon avrodur.
