“Qalatasaray” İspaniyadan futbolçu gətirir
13.05.2024 , 21:47

“Qalatasaray” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, yeni mövsüm üçün hazırlıqlarını davam etdirən klub “Real”da çıxış edən David Alabanı heyətinə cəlb etmək istəyir.
İstanbul təmsilçisi mövsümün sonunda İspaniya klubu ilə danışıqlara başlayacaq.
Alaba bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
