“Qalatasaray” İspaniyadan futbolçu gətirir
29.04.2024 , 14:53

“Qalatasaray”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, klub “Real Madrid”də icarə əsasında çıxış edən təcrübəli hücumçu Xoselunu heyətinə cəlb etmək istəyir.
“Qalatasaray”ın Xoselu üçün “Espanyol”a 2 milyon avro dəyərində təklif göndərdiyi bildirilir.
Futbolçunun İspaniya təmsilçisindən ayrılaraq Türkiyəyə gəlmək istədiyi qeyd olunub.
Yaxın 1-2 həftə ərzində transferin dəqiqləşəcəyi və rəsmiləşəcəyi gözlənilir.
