Türkiyənin “Qalatasaray” klubu “Eskişehirspor” komandasının futbolçusu Dorukhan Toközü transfer edib.
İstanbul təmsilçisi 22 yaşlı futbolçu ilə razılıq əldə edib.
Yarımmüdafiəçinin qarşıdakı günlərdə yeni komandası ilə müqavilə imzalayacağı gözlənilir. “Əskişehirspor” klubu bu transferdən 1 milyon TL qazanacaq. Dorukhan isə “Qalatasaray”ın ilk yay transferi olacaq.
Qeyd edək ki, Dorukhan Toköz bu mövsüm “Eskişehirspor” forması ilə 32 oyuna çıxıb və 2 qola imza atıb. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin heyətində Azərbaycan yığmasına qarşı forma geyinib.
