“Qalatasaray” İdman Klubunun basketbol komandası olan “Qalatasaray Liv Hospital” ilk transferini reallaşdırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Malik Heirston ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Heirston “Qalatasaray Liv Hospital”a “Emporio Armani Milan” komandasından keçib.
