Çempionlar Liqasında uğurlu çıxışı sayəsində 1/4 finala yüksələn "Qalatasaray" bu uğurda payı olan Burak Yılmaz və Muslera ilə mövsümün sonunda yollarını ayrıacaq.
Korner.az-ın "Kanaltürk"ə istinadən verdiyi məlumata görə, "Cim-Bom"un prezidenti Ünal Aysal Musleranı İngiltərənin "Arsenal" klubuna 20 milyon avroya satdığı bildirilir.
Bundan əlavə komandanın ÇL-dəki bombaridi Burak Yılmazı isə Madrid "Atletiko"suna mövsümün sonunda keçəcəyi gözlənilir. Belə ki, Radamel Falkao ilə yollarını ayıracağı gözlənilən "Atletiko" bu boşluğu Burakla doldurmaq qərarına gəlib.
