“Qalatasaray” iki futbolçunu göndərir
07.06.2023 , 12:29

Mövsümü çempion olaraq başa vuran “Qalatasaray” dərhal heyətdə dəyişikliklər etməyə başlayıb.
Korner.az xəbər verir ki, komandadan ayrılacaq adlar da artıq məlum olub.
Türkiyə mətbuatının xəbərinə görə, Yusuf Dəmir və Matias Rossun adı klubdan gedəcək olanlar siyahısındadır.
“Qalatasaray”ın hər iki futbolçusunu yeni mövsümdə müntəzəm oynaya biləcəkləri komandaya icarəyə verəcəyi gözlənilir.
Mina Musayeva
