Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Arsenal”a 1:4 hesabı ilə uduzan “Qalatasaray” iki itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, İstanbul klubunun futbolçuları Felipe Melo və Blerim Cemaili növbəti turdakı “Borussiya” (Dortmund) matçında komandalarına kömək edə bilməyəcəklər.
Buna səbəb hər iki futbolçunun sari vərəqə limitini doldurduğuna görə cəzalı olmasıdı.
