“Qalatasaray” icarəyə götürdüyü oyunçunu göndərir
21.05.2025 , 17:30

“Qalatasaray” mövsüm ortasında “Lens”dən icarəyə götürdüyü Przemyslav Frankovski ilə yollarını ayıracaq.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, İstanbul təmsilçisinin yeni mövsümdə müdafiəçi ilə davam etmək istəmədiyi bildirilib.
30 yaşlı polşalı futbolçu bh mövsüm “Qalatasaray”ın heyətində 13 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
