“Qalatasaray” futbolçusunu icarəyə verdi
26.09.2020 , 18:11

“Qalatasaray” futbolçusu Yunus Akgünü icarəyə verib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı hücumçunu I Liqa təmsilçisi “Adana Dəmirspor”a göndərib.
Akgün mövsümün sonuna qədər Adana təmsilçisinin uğurları üçün çalışacaq.
Xatırladaq ki, Akgün “Qalatasaray”ın öz yetirməsidi. Futbolçu 2018-ci ildən İstanbul təmsilçisinin əsas komandasında forma geyinirdi.
