“Qalatasaray” futbolçusu ilə müqaviləni uzatdı
11.04.2019 , 21:40

“Qalatasaray” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.
“Cimbom” norveçli futbolçusu Martin Linnes ilə 2021-ci ilə qədər razılığa gəlib. 27 yaşlı müdafiəçi ilinə 1,4 milyon avro qazanacaq.
Qeyd edək ki, Martin Linnes 2016-cı ildən “Qalatasaray” klubunun şərəfini qoruyur.
