“Qalatasaray” qış transfer pəncərəsinə indidən hazırlıqlar görür.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “sarı qırmızılı”lar “Olimpik Marsel”in bəstəboy yarımmüdafiəçisi Matyu Valbuenayla razılığa gəlib.
Klubun futbolçunun komandasına ötən yay 12 milyon avro təklif etməsin baxmayarq rədd cavabı alıb.
“Cim Bom” yanvarda fransız klubuyla yenidən görüşəcək. Valbuena özü isə İstanbula keçməyə müsabət yanaşıb.
