Türkiyənin "Qalatasaray" klubu növbəti transferini gerçəkləşdirib. Korner.az-ın məlumatına görə, bu barədə məlumatı Türkiyənin "NTV Spor" telekanalı yayıb. Məlumatda bildirlir ki, "cim bom" Fransanın "Tuluza" klubunda forma geyinən Umutu Bulutu icarəyə götürüb. Türkiyə millisinin də şərəfini qoruyan hücumçu qarşıdakı bir il də, "Qalatasaray"ın uğurları üçün çalışacaq.
