Türkiyənin "Qalatasaray" klubu "Fiorentina" ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Korner.az-ın məlumatına görə, Fatih Terimin yetirmələri görüşdən minimal hesablı qələbə ilə ayrılıblar. "Cim-bom"un heyətində yeganə qolu yeni transfer Umut Bulut vurub.
