Keçən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən Felipe Melo müqaviləsini uzada bilər.
Korner.az-ın məlumatına görə, fanatları ilə "tvitter" sosiyal şəbəkəsində söhbət edən Felipe, "Qalırsan?" – sualına "Bəli!" cavabını verərək azarkeşləri həyəcanlandırıb.
Bu ifadələrdən sonra braziliyalı böyük ehtimalla "cim-bom" ilə müqavilə bağlayacaq.
