Türkiyənin "Beyaz TV" kanalında yayımlanan "Dərin futbol" verlişində səsləndirilən fikirlər "Qalatasaray" azarkeşləri yaman əsəbləşdirib.
Korner.az-ın məlumatına görə, məhz bu üzdən "Cim-Bom" fanatları kanala hücum çəkib. Nəticədə zamanı kanalın bir mühafizəçisi ağır yaralanıb.
Proqramın aparıcısı Ertem Şener baş vermiş olayla bağlı isə bunları deyib:
"Verlişdə qonaqlar "Real" – "Qalatasaray" oyununu dəyərləndirərəkən, "Cim-Bom"un mərhələ şansıarının az olmasını dedilər. Daha sonra eşitdim ki, tərəfdarlar kanala hücum çəkiblər. Yaxşı ki, verilişin yayımlaNdığı otağı tapmayıblar".
