Türkiyə Super Liqasında 6-cı turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, bu tur İstanbul derbisi ilə yadda qalıb.
Gərgin keçən qarşılaşmanın sonunda "Qalatasaray" "Fənərbaxça"nı 2:1 hesabı ilə məğlub edib.
"Cimbom"un hər iki qolunu 88 və 90+1 -ci dəqiqələrdə Uesli Sneyder vurub. "Fənər"in 90+5 -ci dəqiqədə vurduğu yeganə qolunun müəllifi isə Alper Potuk olub. 53-cü dəqiqədə isə "Fənər"dən Bruno Alves qırmızı vərəqə alıb.
Bu qələbə ilə xalını 13-ə çatdıran "Qalatasaray" müvəqqəti də olsa ilk pilləyə yüksəlib.
