“Qalatasaray” – “Fənərbağça” derbisində dava – video
03.11.2018 , 12:28
Türkiyə superliqasının 11-ci turunun açılış oyununda keçirilən “Qalatasaray” – “Fənərbağça”oyunundan (2:2) sonra dava düşüb
Dava meydan sahiblərinin yarımmüdafiəçisi Yones Belhanda ilə qonaqların hücumçusu Roberto Soldadonun mübahisəsindən sonra başlayıb. Bu vaxt Belhandaya yaxınlaşan “Fənərbağça”nın digər futbolçusu Jailson gözlənilmədən rəqibinin sifətinə şillə vurub. Bundan sonra isə meydanda ara qarışıb.
Epizodu incələyən hakimlər “Fənərbağça”dan Jailson və Soldadoya, “Qalatasaray”dan isə Badu Ndiayeyə qırmızı vərəqə göstərilib.
Həmin görüntüləri təqdim edirik:
