"Qalatasaray" idarə heyətinin üzüvü və klubun ictimaiyyətlə əlaqələr departamentinin sədri Şükrü Ərgün maraqlı açıqlamalar verib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, komandalarının çox güclü heyətlərinin olduğunu və hələ də çempionluğa ən real nazmizədin məhz "sarı qırmızılı" komanda olduğunu deyib.
O açıqlamasaında "Fənərbağça" klubuna da atmaca atıb: "Uzun müddətdir "Fənərbağça" klubu idarəçiləri psixoloji üstünlükdən bəhs edir. Düzdür, bir müddət "Fənərbağça" derbilərdə "Qalatasaray"ı qabaqlayırdı. Lakin son oyunlara baxsanız kimin üstün olduğunu görərsiniz. Artıq o "psixiloji üstünlük mifi" bitib. Əgər psixoloji üstünlük istəyirlərsə biz onların meydanında çempion olub qaranlıqda kubok qaldırmışıq".