“Qalatasaray”a şans vermədilər: Superkubok “Fənərbağça”da!
10.01.2026 , 21:45
Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, final matçında əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbağça” üz üzə gəlib.
İstanbul derbisi Atatürk Olimpiya Stadionunda keçirilib. Görüşdə “Fənərbağça” 2:0 hesablı qələbə ilə Superkuboka sahib çıxıb.
10 yanvar
Türkiyə Superkuboku
Final
19:45. “Qalatasaray” – “Fənərbağça” – 0:2
Qollar: Matteo Genduzi, 28, Ceyden Ostervolde, 48