“Qalatasaray” “Fənərbağça”nın futbolçusu ilə anlaşdı
06.02.2019 , 11:11

“Qalatasaray” mövsümün sonunda “Fənərbağça” ilə müqaviləsi başa çatacaq Şener Özbayraklaını rənglərinə bağlayacaq.
29 yaşlı sağ cinah müdafiəçisi “Beşiktaş”a Tolqay Arslan transferində təklif edilsə də, futbolçu qarşı tərəfə keçməkdən imtina etmişdi. Türkiyə millisinin üzvü “Qalatasaray”da oynamaq istədiyi üçün bu addımı atıb. O, mövsümün sonunda “sarı-qırmızılar”la 3 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Özbayraklı 2015-ci ildə “Bursaspor”dan “Fənərbağça”ya keçmişdi.
