Türkiyə Superliqasının 16-сı turu çərçivəsində baş tutacaq "Qalatasaray" – "Fənərbağça" derbisinin hakimləri açıqlanıb.
Korner.az-ın məlumatına görə, dekabrın 16-da keçiriləcək əzəli və əbədi rəqiblərin dueli Halis Özkahyaya həvalə olunub.
“Türk Telekom Arena”da baş tutacaq qarşılaşmada Halisin köməkçiəri Ekrem Kan və Volkan Narinç olacaq. Tolqa Özkalfa isə ehtiyat hakim qismində yardımçı olacaqlar.
