“Qalatasaray” – “Fənərbağça” matçı yarımçıq qaldı
07.04.2024 , 23:35

Türkiyə Superkubokunda bu gün keçirilən “Qalatasaray” – “Fənərbağça” oyununda qəribə hadisə yaşanıb.
Korner.az xəbər verir ki, qarşılaşma matçın 1-ci dəqiqəsində dayandırılıb.
Buna səbəb “Fənərbağça”nım futbolçularının meydandan çəkilməsi olub.
“Qalatasaray” İkardinin qolu ilə birinci dəqiqədə hesabı açıb və ondan sonra oyunçular meydançanı tərk edib.
“Fənərbağça” Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə meydandan çəkilib.
Görüşün baş hakimi isə qarşılaşmanı yarımçıq dayandırmalı olub.
Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacağı bildirilib.
