“Qalatasaray” – “Fənərbağça” matçı ləğv olundu
29.12.2023 , 21:48

“Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçiriləcək olan Türkiyə Super Kuboku ləğv edilib.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtına təyin olunan “derbi” artıq bu ölkədə oynanılmayacaq.
Buna səbəb Ər-Riyaddakı qarşılaşma öncəsi Türkiyə himninin səslənməsinə və komandaların Mustafa Kamal Atatürkün “Yurtta Sulh Cihanda Sulh” sitatının yer aldığı pankartla meydana çıxmasına qoyulan qadağa olub.
