“Qalatasaray” – “Fənərbağça” derbisində komandaların meydana hansı heyətdə çıxacağı açıqlanıb.
Korner.az-ın məlumatına görə, derbi aprelin 6-da saat 21-də “Türk Telekom Arena”da keçiriləcək.
Böyük oyunda “Qalatasaray”ın heyətində Didye Droqba və İzzət Hayroviç oynamayacaq. Onların hər ikisi zədəlidir. “Fənərbağça” klubu da itkilərsiz ötüşməyib. Qonaq komandanın heyətində Alper Potuk və Egemen Qorxmazın adı yoxdur.
İlk 11 aşağıdakı kimidir:
“Qalatasaray”: Muslera, Sabri, Semih, Hakan, Telles, Melo, Səlcuq, Sneyder, Ümit, Burak.
“Fənərbaxça”: Volkan, Gökhan, Bekir, Bruno Alves, Caner, Mehmet Topal, Emre, Meirles, Kuyt, Emenike, Sov.
