Türkiyə kubokunun final matçı ölkəmizdə canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, həlledici oyunda əzəli rəqiblər – “Qalatasaray” və “Fənərbağça” üz-üzə gələcək.
İstanbul derbisi “CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq. Belə ki, “CBC Sport”un əməkdaşları maçtın keçiriləcəyi arenadan birbaşa canlı yayım təşkil edəcəklər.
Qeyd edək ki, prinsipial rəqiblərin dueli mayın 26-da “Antalya Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 22:15-də baş tutacaq.
