Türkiyə Superkubokunun finalı Azərbaycanda keçirilə bilər.
Korner.az-ın “Fanatik” qəzetinə istinadən verdiyi məlumata sözügedən kubok matçı hər zaman xarici ölkələrin birində baş tutduöundan bu dəfə qarşılaşmanın Bakıda keçirilmə variantı daha realdı. Türkiyə Futbol Federasiyası (TFF) oyunu avqustun 11-də keçirmək istəyir.
Məhz buna görə, TFF hər iki klubun nümayəndələrinin qatılacağı toplantı keçirəcək. Klublar razılığa gələrlərsə “Qalatasaray”la “Fənərbağça” arasındakı kubok qarşılaşması Bakıda olacaq.