Türkiyənin "Qalatasaray" klubu Ermənistan milli komandasının və Ukraynanın "Şaxtyor" klubunun "snayperi" Henrik Mxitaryanı transfer edir.
Korner.az-ın məlumatına görə, sözügedən xəbəri Türkiyə mətbuatı yayıb. "Cim-Bom"un transfer siyahısında yer aldığı bildirilən erməni hücumçunun qış transfer dönəmində komandaya cəlb edilə biləcəyi gözlənilir.
Qeyd edək ki, Mxitaryan üçün Almaniyanın “Borussiya” (Dortmund) və “Şalke” komandaları da maraqlanır.
