“Qalatasaray” “Dinamo” ilə bacarmadı
21.01.2025 , 22:55

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin VII turuna start verilib.
Korner.az xəbər verir ki, günün yeganə matçı Türkiyədə keçirilib.
Bu mərhələdə “Qalatasaray” “Dinamo”(Kiyev) klubunu qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 3:3.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
19:30 “Qalatasaray” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) – 3:3
Qollar: Davinson Sançes, 6, Abdulkerim Bardakcı, 21, Viktor Osimhen, 53 (pen) – Vladislav Vanat, 44, Andriy Yarmolenko, 68, 81
