“Qalatasaray”ın üzvü Aleks Telyeş bu mövsüm İtaliya A Seriasında olacaq.
Korner.az-ın məlumatına görə, bu xəbəri türk mətbuatı yayıb.
Klubdan təsdiqini almış xəbərdə Telyeşin “İnter”də 1 milyon 555 min avro qarşılığında oynayacağı deyilib.
Transfer bir illik icarə əsasındadı.
