Bu gün Çempionlar Liqasında 1/4 finala vəsiqə uğrunda oyunlar keçirilib.
Korner.az-ın məlumatına görə, ilk oyunda “Çelsi” ilə görüşdə 1-1 hesablı heç-heçəyə nail olan “Qalatasaray” bu dəfə “Zadəganlar”la bacara bilməyib.
4-cü dəqiqədə Etonun qolu ilə hesabda önə çıxan “Çelsi” 42-ci dəqiqədə Kexillin vurduğu qol ilə fərqi artırıb. Oyunda başqa qol olmadığından, 1/4 finala keçən tərəf “Çelsi” olub.
Qarşılaşmanın videosunu sizə təqdim edirik:
