“Qalatasaray” Bundesliqa klubundan futbolçu transfer edir
14.03.2025 , 21:00

“Qalatasaray” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Kerem Demirbay üçün əvəzləyici tapıb.
Söhbət hazırda “Borussiya”da (Dortmund) forma geyinən Salih Özcandan gedir.
İstanbul təmsilçisi 27 yaşlı oyunçu üçün Bundesliqa nəhənginə təklif göndərəcək.
Onun yaxın zamanda Türkiyəyə gələcəyi gözlənilir.
