Bir müddətdir ki, zədəli olan “Qalatasaray”ın qapıçısı Muslera artıq sıraya dönür.
Korner.az-ın məlumatına görə, Türkiyə Superliqasında “Konyaspor”la matçda ayaq barmağı sındığı üçün bir neçə əhəmiyyətli matçları buraxan uruqvaylı qapıçı artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
“Cim-Bom”un çalışdırıcı Roberto Mançinin Musleraya “Elazığspor” və “Yuventus”la matçda oynamağa şans verəcəyi bildirilir.
