“Qalatasaray” bu futbolçu transfer edir
01.02.2024 , 16:39

“Qalatasaray” heyətinə yeni futbolçu cəlb etmək üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, “sarı-qırmızılar” “Nottingem Forest”dən Serj Oryeni transfer etməyə yaxındır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Qalatasaray”ın 31 yaşlı cinah müdafiəçisi ilə razılaşdığı bildirilib.
