“Qalatasaray” bu dəfə axtardığını “Atletiko”da tapdı
25.04.2025 , 16:30

“Qalatasaray” yeni transfer axtarışlarını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Atletiko”nun oyunçusu Reinildo Mandava ilə maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, Superliqa klubunun mozambikli müdafiəçi üçün təklif göndərdiyi bildirilib. Lakin 31 yaşlı futbolçu “Qalatasaray”la bağlı hələlik yekun qərar verməyib.
Qeyd edəli, Mandavanın Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti bu ilin yayına qədərdir.
