"Beşiktaş"ın mövsümün əvvəlindən bəri heyətinə qatmaq üçün çalışdığı Nene transferində növbəti problemlə üzləşib.
Korner.az-ın məlumatına görə, "qara qartal"ın uzun müddətdir ki transfer etmək istədiyi, lakin heç cür heyətinə qata bilmədiyi braziliyalı Nenenin transferində yenə problemlər meydana gəldi. Mövsüm sonunda PSJ klubu ilə müqaviləsi sona çatacaq olan braziliyalını liqanın ikinci yarısında heyətinə qatmaq üçün çalışan "ağ-qaralar", oyunçuyla ödəniş mövzusunda razılaşa bilmədi.
Yaz transfer dövründə "Beşiktaş" klubu hücumçuya 2,5 milyon avro təklif etmişdi. Lakin 31 yaşındakı oyunçu 3 milyon avro istədiyi üçün transfer reallaşmamışdı. Çempionlar Liqasında qrupdan çıxan "Qalatasaray" klubunun oyunçuya 3 milyon avrodan daha çox maaş təklif etdiyi bildirilir.
