“Qalatasaray” Bertuğ üçün hərəkətə keçdi
22.05.2024 , 11:30

“Qalatasaray” yeni mövsüm üçün transfer hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, klub gündəminə Fransada çıxış edən gənc futbolçu Bertuğ Yıldırımı gətirib.
“Renn”də çıxış edən futbolçunun gələn mövsüm icarəyə veriləcəyi bildirilib.
Bertuğ bu mövsüm 27 matçda meydana çıxıb və bu matçlarda cəmi 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bertuğ Yıldırımın “Renn”lə müqaviləsi 2028-ci ilə qədər davam edir.
Fransa klubu gənc hücumçunu “Atakaş Hatayspor”dan 5,4 milyon avroya transfer edib.
Mina Musayeva
