Ardıcıl 2-ci dəfə Türkiyə çempionluğunu qazanan “Qalatasaray” klubu bununla bağlı yaxın günlərdə nəzərdə tutulan bayram tədbirlərini ləğv edib.
Korner.az-ın məlumatına görə, “Cim-Bom” 19-cu çempionluğunu bayram etməyəcək.
Buna səbəb Reyhanlıda baş verən terror hadisəsi və “Fənərbaxça”nın azarkeşi Burak Yıldırımın qətlə yetirilməsidi. “Qalatasaray” Sözügedən hadisələrlər bağlı bayram tədbirlərini yeni mövsümün əvvəlinə planlaşdırır.