“Qalatasaray” “Bavariya”dan qolkiper gətirir?
13.03.2025 , 13:30

Fernando Musleranın yerinə qapıçı axtarışlarını davam etdirən “Qalatasaray”ın yeni hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Bavariya”nın ehtiyat qapıçısı Yonas Urbiqlə maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, Super Liqa klubunun 21 yaşlı almaniyalı qolkiperi icarəyə götürmək istədiyi diqqətə çatdırılıb.
Tərəflər arasında yayda danışıqların baş tutacağı gözlənilir.
