“Qalatasaray” Batşuayinin keçidini rəsmiləşdirdi
01.07.2024 , 22:17

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi Mişi Batşuayini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalandığı diqqətə çatdırılıb.
Batşuayinin illik qazancı 4,5 milyon avro olacaq.
