Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” Jan Olde Riekerinqin istefaya göndərilməsindən sonra boş qalan məşqçilik postu üçün axtarışdadır.
Korner.az-ın məlumatına görə, bu haqda goal.com saytı xəbər yayıb.
İddia edilir ki, “Cim Bom” xorvatiyalı məşqçi İqor Tudora təklif göndərib. Mütəxəssisin təklifə müsbət yanaşdığı bildirilir.
Qeyd edilir ki, hal-hazırda “Karabükspor”u çalışdıran Tudor tezliklə komandadan ayrılıb “Qalatasaray” ilə yeni müqavilə imzalayacaq.
