"Barselona"nın sol cinah müdafiəçisi Adriano "Qalatasaray"ın maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçunun qiymətinin elə də baha olmaması transferin baş tutma ehtimallarını artırır.26 yaşlı oyunçunun yaxın günlərdə "cim-bom"la müqavilə bağlayacağı iddia edilir.
Qeyd edək ki, Adriano Hakan Baltanın mövqeyində oynuyur.
