“Qalatasaray” Babel ilə razılığa gəldi
22.04.2019 , 16:40

Türkiyənin “Qalatasaray” klubu yeni mövsüm üçün transfer hazırlıqlarını davam etdirir.
“Cimbom” “Beşiktaş”ın sabiq futbolçusu Rayan Babel ilə maraqlanır. Sözügedən klub hollandiyalı futbolçu üçün ilinə 2.5 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Rayan Babelin çıxış etdiyi İngiltərənin “Fulhem” klubu artıq elit liqanı tərk edib.
