Baş məşqçi Fatih Terimin göndərilməsindən sonra “Qalatasaray” azarkeşlərinin etiraz dalğası böyüməkdə davam edir.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azarkeşlər bu gün “TT Arena”ya müxtəlif pankartlar asaraq öz etirazlarını bildirəcəklər.
Klubun idarə heyəti isə bu barədə açıqlama verməyib.