İspaniyanın "Barselona" klubu yeniyetmələrdən ibarət komandasının Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunda iştirak edəcəyini rəsmən təsdiqləyib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Barselona" bununla bağlı "Qəbələ"yə rəsmi məktub göndərib.
Xatırladaq ki, daha əvvəl iki komanda – Türkiyə və Rusiya təmsilçiləri “Beşiktaş” və “Zenit” II Qəbələ Kubokunda iştirakını rəsmi şəkildə təsdiqləmişdi. 28 may – 2 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.
Xatırladaq ki, ilk turnir 30 may – 4 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.
