Bu gün UEFA Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanan daha 1 komanda bəlli olub.
Korner.az-ın məlumatına görə, dünən Çempionlar Liqasının D qrupunda təxirə salınan “Qalatasaray” – “Yuventus” qarşılaşması bu gün keçirilib. Güclü qar yağması səbəbindən bu gün saat 17:00-dan etibarən qaldığı yerdən davam edən matçda “Sarı-Qırmızılar” 1:0 hesabı ilə qalib gəlməyi bacarıb. Beləliklə bu qələbə nəticəsində “Cim-Bom” adını Avropanın ən güclü 16 komandası arasına yazdırmağı bacarıb.
11 dekabr
Çempionlar Liqasının qrup mərhələsi, V tur
17:00.”Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) – 1:0
Qol: Sneyder, 85 (1:0)
