Türkiyənin "Qalatasaray" klubu Ukrayna millisinin futbolçusu evgeni Konoplyankanı heyətinə qatmaq istəyir. Korner.az-ın məlumatına görə, Avro-2012-yə ev sahibi edən iki ölkədən biri olan Ukraynanın ən yaxşı futbolçularından sayılan Konoplyanka üçün "Cim Bom" onun məxsus olduğu "Dnepr" klubuna 5 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Konoplyankanın "Dnepr" klubu ilə müqaviləsi 2013-cü ilin dekabrında başa çatır.
