“Qalatasaray” ardıcıl 3-cü dəfə çempion oldu
19.05.2025 , 10:30

Türkiyə Super Liqasında 36-cı tura yekun vurulub.
Korner.az xəbər verir ki, bu turda “Qalatasaray” öz meydanında “Kayserispor”u qəbul edib.
Matç meydan sahiblərinin 3 cavabsız qolu ilə yekunlaşıb.
Bununla da sona 2 tur qalmış “Qalatasaray” ardıcıl 3-cü dəfə çempion adını qazanıb.
Bu İstanbul təmsilçisinin 25-ci çempionluğudur.
“Qalatasaray” – “Kayserispor” 3:0
Qollar: V.Osimhen,26, B.Yılmaz,29, F.Muslera,89(pen)
